Tramp Aİ-yə dair siqnalı verdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Aİ-yə dair siqnalı verdi

Dünya

03 Fevral 2025 10:18 261


ABŞ Avropa İttifaqından (Aİ) idxal olunan mallara əlavə rüsumlar tətbiq etməkdə qərarlıdır.

Ynisabah.az Fox News-a istinadla xəbər verir ki, bunu Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsindən qayıdarkən deyib.

“Bu, Avropa İttifaqı ilə bağlı mütləq baş verəcək, sizə deyə bilərəm. Çünki onlar həqiqətən bizdən istifadə edirlər". pizza sifarişi

Tramp ABŞ-ın Aİ ilə ticarətdə bu proteksionist tədbirləri “çox yaxında” qəbul etmək niyyətində olduğunu açıqlayıb.

Eyni zamanda, Tramp ABŞ-ın Aİ ilə ikitərəfli ticarət kəsirinin 300-350 milyard dolları keçdiyini qeyd edib:

“Demək olar ki, heç nə almırlar. Biz isə hər şeyi onlardan alırıq. Avropa İttifaqı özünü tamamilə qeyri-münasib şəkildə aparır. Əlbəttə, nəsə baş verməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!