Tramp “Azərbaycan” sözünü səhv tələffüz etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp “Azərbaycan” sözünü səhv tələffüz etdi

Dünya

20 Avqust 2025 13:22 574


Donald Tramp "The Mark Levin Show"-da “Aberbaycan” və Albaniya (əslində, Ermənistan - red.) arasındakı çəkişməyə son qoyması ilə öyünüb.

Yenisabah.az xəbər verir ki, bununla da o, bir ölkənin adını (Azərbaycan - red.) səhv tələffüz edib və mövcud münaqişə ilə heç bir əlaqəsi olmayan başqa bir ölkənin adını çəkib.

Xatırladaq ki, avqustun 8-də ABŞ prezidenti Ağ Evdə keçirilən sammitdə qəbul etdiyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına vasitəçilik edib.  pizza

Tramp "The Mark Levin Show-a prezident kimi ilk 7 ayda altı və ya 7 qlobal münaqişəyə son qoyduğu iddiasında olub:

"Çox heyrətamiz şeylər oldu. Siz o Aberbaycan Albaniya ilə 34, 35 il davam edən böyük bir münaqişədə idi. Bu, illərdir davam etdi. Mən liderlərə dedim: "Niyə döyüşürsünüz? Əgər döyüşəcəksənsə, mən səninlə ticarət müqaviləsi bağlamayacağam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!