Tramp: Bu, 1 trilyonluq müqavilə ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Bu, 1 trilyonluq müqavilə ola bilər

Dünya

26 Fevral 2025 10:35 188


ABŞ-ın Ukrayna ilə nadir metallara dair müqaviləsi 1 trilyon dollar dəyərində ola bilər.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Amerika lideri Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları üzrə razılaşmadan danışarkən vurğulayıb: pizza

“Biz Ukraynaya yardıma 350 milyard dollar xərcləmişik, Avropa pulunu geri alacaq, çünki onlar onu borc kimi göndəriblər və biz onlara sadəcə 300 və ya 350 milyard vermişik, bunu heç kim bilmir. Amma çox güman ki, bu məbləğ daha çoxdur. İndi o pulu geri almaq istədiyimizi deyirik.

Bu ölkəyə çox böyük bir problemin həllində kömək etdik, çünki bu baş verməməli idi, amma oldu, ona görə də bunu düzəltmək məcburiyyətindəyik, amma indi Amerika vergi ödəyicisi pullarını geri almağa hazırlaşır”.

Tramp etiraf edib ki, Volodimir Zelenski müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona getməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!