İkinci dəfə prezident kürsüsünə oturan Donald Trampın nə qədər maaş alacaq?
Yenisabah.az xəbər verir ki, ABŞ-da prezidentinin məvacibi 400.000 dollardır. Maaşdan əlavə olaraq prezidentə rəsmi xərclər üçün illik 50.000 dollar ayrılır.
Prezidentlərə, həmçinin Ağ Evdə şəxsi seçimlərinə uyğun dəyişikliklər etmək üçün 100.000 dollar məbləğində birdəfəlik vəsait ayrılır. Səyahətlə bağlı xərclər üçün prezidentə 100.000 dollar, əlavə olaraq əyləncə üçün də 19.000 dollar büdcə təqdim edilir. Marqarita pizza
Prezident iqamətgahı Vaşinqtonda yerləşən Ağ Evdir. Bu iqamətgah 18 hektarlıq geniş bir ərazidə yerləşir. Təxminən 100 nəfərlik personal yemək bişirmək, təmizlik və digər vəzifələrdə kömək edir. Ağ Evdən əlavə olaraq, prezidentin 119 otaq, 20 yataq otağı, 35 hamam, 4 yemək otağı, idman zalı və salonu olan böyük qonaq evi var - "Blair House". Bundan başqa, Kemp David istirahət evi prezidentin ixtiyarındadır.
İlk prezidentliyi dövründə Tramp maaşdan imtina edib.
Telegram kanalımız