Tramp cinsini dəyişən kişilər haqda fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp cinsini dəyişən kişilər haqda fərman imzaladı

Dünya

06 Fevral 2025 09:19 411


ABŞ Prezidenti Donald Tramp cinsini dəyişmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, imzalanma mərasimi "C-SPAN" telekanalında yayımlanıb.

"Bundan sonra qadın idman növləri yalnız qadınlar üçün olacaq", - deyə Tramp fərmanı imzalamadan əvvəl çıxışında bildirib. Dominos pizza

Tramp əvvəlki administrasiyanı radikal sol ideyaları dəstəkləməkdə və bioloji cinsi mənsubiyyət konsepsiyasından imtina etməyə cəhd göstərməkdə ittiham edib.

"Özlərini qız kimi göstərən kişilər 3500-dən çox yarışda onlardan qələbəni oğurlayıblar ki, bu da çox böyük rəqəmdir. Onlar qadınlar üçün nəzərdə tutulmuş 11 000-dən çox yarışda iştirak ediblər", - deyə ABŞ lideri qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!