Tramp: Corablara valeh oldum - Video

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Corablara valeh oldum - Video

Dünya

13 Mart 2025 10:33 273


“Corablarınıza valeh oldum”.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Martın 12-də Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martin və vitse-prezident C.D.Venslə birlikdə görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp qəfildən barmağını Vensin corablarına tuşlayıb. pizza sifarişi

Üzərində İrlandiyaya xas dördyarpaqlı yonca rəsmi olan corablara işarə edərək o deyib: “Corablarınıza valeh oldum. Diqqətimi cəmləməyə çox çalışdım, amma corablar diqqətimi yayındırdı".

ABŞ prezidentinin bu sözləri otaqdakı şəxslərin ümumi gülüşünü doğurub.

Dördyarpaqlı yonca xristian Üçlüyünün (Üç Üqnum) rəmzi olaraq, 5-ci əsr Müqəddəs Patrik vasitəsilə İrlandiyada kök salıb. Müqəddəs Patrik İrlandiyanı xristianlaşdıran şəxs hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!