Tramp Elon Maska vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Elon Maska vəzifə verdi

Dünya

13 Noyabr 2024 09:23 863


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və sahibkar Vivek Ramasvamini "Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti"nin rəhbərləri təyin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Bu iki görkəmli amerikalı birlikdə Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentliklərin yenidən qurulması yolunda önəmli addımlar atacaq”, - Tamp deyib. pizza sifarişi

O, yeni idarəni atom bombasının yaradıldığı Manhetten layihəsi ilə müqayisə edib.

Tramp qeyd edib ki, Mask və Ramasvami hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək, geniş miqyaslı struktur islahatları aparmaq və hökümətdə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Evin İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəklər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!