Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp erməniləri növbəti dəfə məyus edib.
Yenisabah.az xəbər verir ki, dövlət başçısı Senatın “erməni soyqırımı” ilə bağlı qərarına dəstək verməyib.
ABŞ Dövlət katibinin sözçüsü Morqan Ortaqus deyib ki, Prezident Trampın 24 Aprel açıqlaması qüvvədə qalır. Sezar pizza
Donald Tramp ermənilər qondarma soyqırım məsələsini ortaya atandan bu yana 3-cü ABŞ Prezidentidir ki, bu tarixi yalana “yox” deyir. Ondan əvvəl Corc Buş və Barak Obamanın da qondarma soyqırıma oxşar münasibət göstərib. Onlar erməni lobbisinin cəhdlərinə baxmayaraq “soyqırım” ifadəsini işlətməkdən imtina ediblər.
Əslində qondarma erməni soyqırımı Qərbin Türkiyəyə qarşı təzyiq vasitəsidir. Türkiyə ilə maraqlar toqquşanda bu məsələ gündəmə gətirlir, müxtrəlif qərarlar, qətnamələrə qəbul edilir. Lakin Türkiyə ilə münasibətlər yoluna qoyulandan sonra “soyqırım” unudulur, qəbul edilən qərarlar geri çəkilir.
Ermənilər də sadəcə böyük dövlətlərin maraqlarının reallaşması üçün alət kimi istifadə edilir. 100 il əvvəl də belə də olub, indi də belədir.
Bütün bunlar həm də onu göstərir ki, “soyqırım” iddialarının heç bir əsası yoxdur. Əgər doğrudan da belə bir hadisə baş versəydi və Qərbdə bununla bağlı tutarlı dəlillər olsaydı, o zaman onu rəsmən tanıyardılar. Çünki bu cür tarixi hadisələr çoxdan rəsmiləşib. “Erməni soyqırımı” məsələsində isə dünya fərqli davranır.
Bu fakt həm də ermənilərin tarix üzərindən manipulyasiya etdiklərini və bu səbəbdən də zaman-zaman gülünc vəziyyətə düşmələrinə səbəb olur.
Telegram kanalımız