Tramp geri addım atdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp geri addım atdı

Dünya

23 Noyabr 2025 09:17 851


“ABŞ dövlət katibi Marko Rubio ortadakı “sülh planı”nın Vaşinqtonun planı yox, Rusiyanın təklifləri olduğunu bildirib”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə gör, M.Rubio bunu senatorlarla telefon söhbətində ifadə edib. pizza hut

“Rubio açıq şəkildə bildirdi ki, bu, bizim nümayəndəmizə (ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff) təqdim olunan təkliflərdir. O vurğuladı ki, bu, bizim tövsiyəmiz deyil, bizim sülh planımız deyil” - deyə telefon danışığında iştirak edən respublikaçı senator Mayk Rounds bildirib.

Onun sözlərinə görə, Ukraynaya silah və kəşfiyyat dəstəyinin dayandırılacağı barədə Kiyevə hər hansı xəbərdarlıq da olmayıb: “Rubio bu haqda heç nə bilmədiyini söylədi”.

Müstəqil senator (demokratlara yaxın) Anqus Kinq isə Rubiodan daha konkret sitat gətirib: “O dedi ki, sızdırılmış 28 maddə mahiyyət etibarilə Rusiyanın arzular siyahısıdır...”.

Görünən odur ki, Prezident Donald Tramp ABŞ Konqresindən, mediasından və cəmiyyətindən gələn sərt etirazlardan, eləcə də Avropanın müdaxiləsindən sonra geri addım atdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!