“Tramp geri çəkilməyə hazırdır ” - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Tramp geri çəkilməyə hazırdır ” - Lukaşenko

Dünya

08 Aprel 2025 17:48 258


"Amerika prezidentinin bəyanatlarından təşvişə düşmüşəm". 

Yenisabah.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

O, "Mir" teleradio şirkətinə müsahibəsi zamanı ABŞ-nin tariflərinin artırılması və buna görə başlayan ticarət müharibəsi ilə bağlı vəziyyəti şərh edib: "Vladimir Vladimiroviçlə danışdıq, mən ona öz nöqteyi-nəzərimi bildirirəm və çalışıram ki, bu məsələdə onu öz tərəfimə çəkim, hələlik Trampın hərəkətləri və ABŞ-də baş verənləri müşahidə etməliyik. Sezar pizza

Əminsiniz ki, bu, Donaldın dediyi kimi olacaq? O, artıq dünən bildirib ki, Çinlə, daha sonra başqası ilə tariflər üzrə sövdələşməyə hazırdır. Yəni, onlar geri çəkilməyə hazırdırlar. Görünür, Donald Tramp başa düşdü ki, bu, bir az qəfil oldu. Yəqin ki, əvvəlcə hesablamaq, sonra hardasa geri çəkilmək lazımdır. Axı, iqtisadiyyat baxımından Trampın qərarı məntiqsiz görünür. Digər tərəfdən, gözləmək lazımdır. Görək bundan nə çıxacaq"./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!