TikTok-un icraçı direktoru Kevin Mayer vəzifəsindən istefa verib.
Yenisabah.az xəbər verir ki, o, bu barədə açıqlamanı Donald Trampın sözügedən tətbiqi ABŞ-da satdırma qərarından sonra verib.
TikTok sözçüsü tərəfindən verilən açıqlamada isə Mayerin qərarına hörmət edildiyi bildirilib. pizza sifarişi
Hazırda dünya ictimaiyyəti insanların şəxsi məlumatlarını Çin hökumətinə ötürməklə ittiham olunan TikTok-un fərqli ölkələrdə milliləşdirilməsini və ya tətbiqin tamamilə qadağan edilməsi məsələsini müzakirə edir.
Qeyd edək ki, Disney-in rəhbərlərindən biri olduğu halda, dörd ay əvvəl TikTok-un başına keçən Mayerin ABŞ rəhbərliyi ilə olan böhranın həllində aktiv rolu olub.
Telegram kanalımız