ABŞ lazım bildiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Yenisabah.az Fox-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Rusiyaya qarşı daha sərt sanksiyaları, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan ABŞ Senatında hazırlanmış yeni qanun layihəsini dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirməkdən imtina edib: Sezar pizza
"Baxarıq. Lazım olsa, səlahiyyətimdən istifadə edəcəm. Mən hələ qərarına gəlməmişəm".
Ağ Evin rəhbərinin sözlərinə görə, qanun layihəsinin mətni ona sanksiyaların sərtləşdirilməsi və ya sərtləşdirilməməsi barədə özü qərar verməyə imkan verir.
Sözügedən qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumental olub. Bu təşəbbüs, digər məsələlərlə yanaşı, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur.
Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% idxal rüsumları daxil edilib.
Telegram kanalımız