Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı

Dünya

19 Mart 2026 21:36 593


ABŞ Prezidenti Donald Tramp bildirib ki, hücumun gözlənilməzliyini təmin etmək üçün İranda hərbi əməliyyata başlamaq barədə Yaponiya da daxil olmaqla, müttəfiqləri əvvəlcədən xəbərdar etməyib.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz bu barədə heç kimə demədik, çünki sürpriz effektini təmin etmək istəyirdik. Sürprizlər haqqında Yaponiyadan yaxşı kim bilər? Niyə bizi Perl-Harbor barədə xəbərdar etmədilər?", - deyə Tramp zarafatla bildirib və Yaponiyanın 1941-ci ildə ABŞ-yə hücumunu xatırladıb./Oxu.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!