Tramp İranın uran zənginləşdirmə obyektlərinin tam məhv edildiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp İranın uran zənginləşdirmə obyektlərinin tam məhv edildiyini açıqladı

Dünya

22 İyun 2025 08:50 473


ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ evdə həmvətənlərinə televiziya müraciəti zamanı bildirib.

“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib. Pepperoni pizza

O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!