Tramp İsrailin İrana zərbə endirə biləcəyini istisna etmədi

saytların hazırlanması

Evə çatdırılma

Tramp İsrailin İrana zərbə endirə biləcəyini istisna etmədi

Dünya

12 İyun 2025 23:42 471


İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər, lakin ABŞ administrasiyası Tehranla qarşıdurmadan yayınmaq istəyir.

APA "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Hər şey çox sadədir: İran nüvə silahına sahib ola bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, onlar uğurlu olsunlar. İstəyirəm ki, möhtəşəm olsunlar. Biz onlara uğurlu olmaqda kömək edəcəyik, onlarla ticarət aparacağıq və lazım olan hər şeyi edəcəyik. Amma mən qarşıdurmadan yayınmaq istərdim. İran isə daha sərt danışıqlara getməli olacaq. Yəni, indi vermək istəmədiklərini verməli olacaqlar”, – ABŞ Prezidenti əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!