Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

saytların hazırlanması

Evə çatdırılma

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

Dünya

12 May 2025 20:07 373


ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər.

"Report" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.

Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib. Dominos pizza

“Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, - o deyib.

Amerika lideri, həmçinin Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!