ABŞ prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, jurnalistlərdən biri neft bazarındakı vəziyyətlə əlaqədar Donal Trampa sula vermək istəyib, amma özü sualla üzləşib. ABŞ prezidenti jurnalistdən neftin hazırkı qiymətini soruşub. Jurnalistdən “bilmirəm” cavabı alan Donal Tramp əsəbləşərək deyib: “Neftin qiymətini bilmədən necə belə sual verə bilərsiniz?” Bundan sonra sözü digər jurnalistlərdən birinə verib. pizza
Telegram kanalımız