Tramp kimlərdən qisas alacaq?

saytların hazırlanması

Evə çatdırılma

Tramp kimlərdən qisas alacaq?

Dünya

07 Noyabr 2024 15:43 670


78 yaşlı yeni ABŞ prezidentinin bir çox məşhurlarla ciddi konfliktləri mövcuddur. Onun prezidentliyi dövründə həmin şəxslərlə ciddi hesablaşması gözlənilir.

Yenisabah.az TVNET-ə istinadla Trampın “gözünün düşməni” olan məşhurları təqdim edir:

Mark Zukerberq pizza sifarişi

2020-ci ildə keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra Zukerberqin rəhbəri olduğu META şirkəti Donald Trampın “Facebook” və “Instagram” profillərini bağlamışdı. Tramp buna cavab olaraq yenidən prezident seçiləcəyi təqdirdə Mark Zukerberqlə hesablaşacağını bildirmişdi.

Volodimir Zelenski

Tramp Moskva və Kiev arasında başlayan müharibə ilə bağlı birbaşa olaraq Ukrayna prezidenti Volodimir Zelenskini təqsirləndirir. Prezidentliyi dövründə onun bu məsələdə rusmeyilli siyasət yürütməsi gözlənilir.

İlhan Omar

ABŞ-ın yeni prezidentinin münaqişədə olduğu digər bir şəxs isə Konqresin müsəlman üzvü İlhan Omardır. 2019-cu ildə Ağ Evdə baş tutan tədbirdə Tramp İlhan Omarı “Əl-Qaidə” terror təşkilatını dəstəkləməkdə ittiham edib.

Barak Obama

Seçkilərdə Kamala Harrisi dəstəkləyən keçmiş ABŞ prezidenti Barak Obama Trampın “radarında” olan məşhurlar arasındadır. Yeni prezident Obamanın Kamala Harris üçün dəstək mitinqləri təşkil etməsini “separatçılıq” adlandırması 2 siyasi fiqur arasındakı münasibətli xeyli gərginləşdirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!