Keçmiş ABŞ prezidenti Donald Tramp bir tok-şouda çıxış edərək aktiv siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
Yenisabah.az “Newsweek”ə istinadla xəbər verir ki, Tramp Konqresin başçısı olmaq və prezident Co Baydenin impiçment prosesinə başlamaq üçün 2022-ci ildə Nümayəndələr Palatasına namizədliyini irəli sürməyi düşündüyünü açıqlayıb.
Eks-prezident bu fikri ifrat sağçı radio aparıcısı Ueyn Allin Ruta verdiyi müsahibəsində bildirib. Bundan əvvəl Tramp prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb, lakin Konqres seçkilərində iştirak etmək fikri də onun üçün maraqlı görünür. pizza hut
“Newsweek”in yazdığına görə, Tramp 2022-ci ildə Nümayəndələr Palatasına namizəd olmağa qərar versə və seçkidə qalib gəlsə, respublikaçılar Trampın spiker olmaq şansına sahib olması üçün Nümayəndələr Palatasında üstünlüyə malik olmalıdır.
Telegram kanalımız