Tramp: Krım Rusiyanın tərkibində qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Krım Rusiyanın tərkibində qalacaq

Dünya

25 Aprel 2025 14:59 227


Ukrayna böhranının həllindən sonra Krım Rusiya Federasiyasının tərkibində qalacaq.

Yenisabah.z xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

O izah edib: "Biz Krım haqqında danışmalıyıq, çünki onun adı çəkilir. Krım Rusiyaya qalacaq. Ukrayna prezidenti Vladimir Zelenski bunu başa düşür və hamı anlayır ki, Krım uzun müddətdir Rusiyanındır”. pizza hut

Tramp daha əvvəl bəyan etmişdi: “Krım illər əvvəl Ukrayna tərəfindən itirilib”. Oun sözlərinə görə, Zelenskinin onu Rusiya ərazisi kimi tanımaqdan imtinası Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlara ziyan vurur.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Trampın Ukraynanın Krımı itirməsi ilə bağlı sözləri Rusiyanın bu məsələdəki mövqeyi ilə tamamilə uyğundur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!