Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı

Siyasət

24 İyun 2025 19:52 492


ABŞ Prezidenti Donald Tramp NATO baş katibi Mark Rüttenin ona göndərdiyi şəxsi mesajı "Truth Social" platformasında paylaşıb.

Yenisabah.az xəbər verir ki, şəxsi mesajın "Signal" messencerini xatırladan interfeys vasitəsilə göndərildiyi güman edilir.

"Bu gecə sizi Haaqada daha bir böyük uğur gözləyir. Bu, asan deyildi, lakin biz onların (NATO ölkələri - red.) müdafiə xərcləri üçün ÜDM-nin beş faizinin ayrılmasının altına imza atmalarına nail olduq. Sezar pizza

Donald, siz bizi Amerika, Avropa və dünya üçün çox vacib bir məqama gətirdiniz. Son onilliklər ərzində heç bir ABŞ prezidentinin edə bilmədiyi şeyə nail olacaqsınız. Avropa böyük əvəz ödəyəcək və bu sənin qələbən olacaq" , - deyə Rüttenin şəxsi mesajında bildirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!