ABŞ Prezidenti Donald Tramp “7 müharibəni bitirdiyini” iddia edərək Nobel Sülh Mükafatına layiq olduğunu açıqlayıb. Lakin ekspertlərə görə, onun bu mükafatı qazanmaq şansı azdır.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci il üzrə Nobel Sülh Mükafatı cümə günü təqdim olunacaq.
D.Tramp isə birinci prezidentlik dövründən bəri bu mükafatı haqq etdiyini düşünür. Son aylarda isə bitirdiyini iddia etdiyi müharibələri buna sübut kimi göstərir. pizza hut
Bununla belə, beynəlxalq ekspertlər Birləşmiş Ştatlar liderinin dünyanın ən nüfuzlu mükafatını almasını mümkün saymırlar. Onların fikrincə, İsrailin Qəzzadakı hərbi əməliyyatlarına açıq dəstək verən bir liderin sülh mükafatına layiq görülməsi çətindir.
Qeyd edək ki, Nobel Sülh Mükafatı 1901-ci ildən dörd əsas istiqamətdə fəaliyyət göstərən şəxsləri və qurumları mükafatlandırmaq məqsədi ilə verilir: silahlara nəzarət və silahsızlaşdırma, sülh danışıqları, demokratiya və insan haqları, həmçinin daha ədalətli və dinc dünya qurmaq yönündə görülən işlər.
Donald Tramp daha əvvəl də Nobel Sülh Mükafatına namizəd göstərilmiş, lakin qalib gəlməmişdi. O zaman o, nəticədən narazı qalaraq komitəni saxtakarlıqda ittiham etmişdi.
Əsmətxanım
Telegram kanalımız