Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırdı

Dünya

06 Yanvar 2025 23:18 371


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Kanadanın Baş naziri Castin Trüdonun Liberal Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra bəyan edib.

Qeyd edək ki, C. Trüdo bu gün Liberal Partiyasının lideri vəzifəsindən istefa verib. pizza hut

Xatırladaq ki, D.Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Respublikaçıların lideri Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergilərin 60 %-dən çox azaladacağını söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!