“Mən bacardığım qədər dürüst və təmiz olmağa çalışacağam. Donald Tramp ölkəmiz üçün yanlış prezidentdir. Onun iş görməyə qadir olduğunu sübut etmək üçün artıqlaması ilə vaxtı vardı, lakin, bu, açıq-aşkar onun girdiyi kol deyil. Sadəcə, o, bizim ehtiyac duyduğumuz kimi olmağı bacarmır. Bu, belədir”.
Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama Demokrat Partiyasının bu il noyabr ayında keçiriləcək prezident seçkilərində prezidentliyə və vitse-prezidentliyə namizədlərini müəyyənləşdirmək üçün keçirdiyi “2020 Demokratik Milli Konvensiya”da çıxış edərkən deyib.
Sabiq birinci xanım demokratların namizədi, keçmiş vitse-prezident Co Baydeni tərifləyib. pizza
“O, iqtisadiyyatı xilas etməyin, pandemiyanı dayandırmağın yollarını yaxşı bilir. O, dinləyir. O, həqiqəti söyləyəcək, elmə etimad göstərəcək”, deyə - M.Obama bildirib.
Telegram kanalımız