Tramp: “Putin məni dörd dəfə aldatdı”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “Putin məni dörd dəfə aldatdı”

Dünya

16 İyul 2025 08:48 442


ABŞ-nin  prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinə dair diqqətçəkən açıqlama verib. O bildirib ki, Putin bir neçə dəfə əvvəlcədən razılaşdırılmış məsələlərə zidd hərəkətlər edərək onu fakt qarşısında qoyub.

Yenisabah.az xəbər verir ki, Trampın sözlərinə görə, onların razılaşmağa çox yaxın olduqları məqamlar olub, lakin hər dəfə Putin gözlənilməz hərbi addımlar atıb:

“Dörd dəfə razılaşma əldə etməyə çox yaxın idik. Hər şey danışılıb, razılaşdırılıb. Sonra evə qayıdırsan və xəbər tutursan ki, o, Kiyevdə qocalar evinə hücum təşkil edib və ya buna bənzər bir hərəkət edib. Öz-özümə deyirəm: ‘Bu nə baş verdi belə?’” Pepperoni pizza

Tramp qeyd edib ki, bu hadisələrdən sonra Putindən narazı qalsa da, onunla münasibətləri tamamilə kəsməyib:

“Bəli, məyus oldum. Amma münasibətə tam nöqtə qoymadım. Sadəcə olaraq narazı qaldım”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!