Tramp-Putin söhbəti: Mənbələr tarix açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp-Putin söhbəti: Mənbələr tarix açıqladı

Dünya

04 Aprel 2025 12:08 232


ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apara bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Politico”ya London və Berlindəki mənbələr danışıb.

Bu paytaxtlar Trampla Putin arasında söhbətin ya gələn həftəsonundan əvvəl, ya da həftəsonundan sonra baş tuta biləcəyini gözləyirlər. pizza hut

Martın 31-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin Donald Trampla təmaslara açıq qalır və lazım gələrsə, onların söhbəti tez təşkil oluna bilər.

Aprelin 3-də "NBC News" öz mənbələrinə istinadən xəbər verir ki, Trampın yaxın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Putinə zəng etməməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!