Tramp-Putin ünsiyyəti: Peskov bixəbərdir

saytların hazırlanması

Evə çatdırılma

Tramp-Putin ünsiyyəti: Peskov bixəbərdir

Dünya

09 Fevral 2025 12:24 228


Dmitri Peskov Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi deyib:

"Vaşinqtonda administrasiya öz işini açdıqca, çoxlu müxtəlif kommunikasiyalar yaranır və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə aparılır və təbii ki, bu kommunikasiyaların çoxluğu fonunda mən şəxsən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də bu halda mən bunu nə təsdiq edə, nə də inkar edə bilərəm" Dominos pizza

Xatırladaq: “The New York Post” daha əvvəl yazıb ki, Tramp rusiyalı həmkarı ilə telefonla Ukraynadakı münaqişənin həlli məsələləri ilə bağlı danışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!