Tramp Putinin atəşkəslə bağlı qərarını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Putinin atəşkəslə bağlı qərarını alqışladı

Dünya

05 May 2025 23:43 343


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Qələbə Gününün 80 illiyi münasibətilə mövcud müharibədə atəşkəs elan etməsini yüksək qiymətləndirib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı nikbin danışıb.

“Düşünürəm ki, biz uzun yol qət etmişik və ola bilər ki, nəsə baş versin – ümid edirik ki, baş verəcək”, – ABŞ Prezidenti bildirib. Dominos pizza

Onun sözlərinə görə, hazırda bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir.

"Həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə köklənib", - Ağ Ev rəhbəri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!