Tramp: Qəzzada şok dəyişikliklər olacaq!

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Qəzzada şok dəyişikliklər olacaq!

Dünya

17 İyul 2025 10:42 378


ABŞ-nin prezidenti Donald Tramp İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Tramp seçki kampaniyası çərçivəsində iştirak etdiyi tədbirdə Qəzzadakı humanitar vəziyyətə toxunub. O bildirib ki, bu istiqamətdə “bəzi yaxşı xəbərlər” var:

“Qəzza ilə bağlı bəzi yaxşı xəbərlərimiz var. Onlar gələcək. Mən bunu çox da səsləndirmək istəmirəm, çünki istəmirəm prosesi pozum. Amma bəzi yaxşı hadisələr baş verir”, – deyə Tramp vurğulayıb. Sezar pizza

O, həmçinin əlavə edib ki, prezident olduğu dövrdə İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə nail olunub və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.

Qeyd edək ki, Tramp ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi iştirak edəcək və hazırkı prezident Co Baydenlə rəqabət aparacaq.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!