Tramp radionun işini biabırçılıq adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp radionun işini biabırçılıq adlandırdı

Dünya

16 Aprel 2020 08:40 680


ABŞ prezidenti Donald Tramp bir daha "Amerikanın Səsi" radiostaniyasını tənqid edib və radiostansiyanın işini biabırçılıq adlandırıb.

Bu barədə D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib. ABŞ prezidenti bildirib: "Onlar bizim ölkəmiz barədə çirkin şeylər söyləyirlər".

Daha sonra D.Tramp administrasiyadakı vəzifələrə təklif etdiyi namizədlərin seçilməsinə demokratların çətinlik yaratması barədə danışıb: "Hər bir namizədlik uzun proses keçir, bu günlər və günlər alır. Məsələn, Maykl Peki iki ildir Yayım Şurasının rəhbəri təsdiq edilir, bu bizə "Amerikanın Səsi"ni idarə etməkdə çətinlik yaradır". pizza hut

D.Tramp əlavə edib: "Lakin bizdə ölkəmizi sevən istedadlı insanlar var. Mən istəyirəm ki, onların təyinatı təsdiq edilsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!