Tramp rekord məbləğli hərbi büdcəni təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Tramp rekord məbləğli hərbi büdcəni təsdiqlədi

Dünya

19 Dekabr 2025 09:54 374


Donald Tramp 2026-cı maliyyə ili üçün Milli Müdafiə Təminatı Aktını imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənəd rekord illik 901 milyard dollarlıq hərbi xərcləri nəzərdə tutur.

Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının alınmasını nəzərdə tutan Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Kiyevə 800 milyon dollar - 2026 və 2027-ci illərdə hər biri 400 milyon dollar ayırır. pizza mizza

Bu, Trampın komandasının Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün danışıqlar apardığı vaxta təsadüf edir.

Xatırladaq ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ Ukraynaya dəstəyini azaldıb.

Hərbi sahədə NATO və ABŞ Avropa ölkələrinə Ukrayna üçün Amerika silahlarını maliyyələşdirməyə və almağa imkan verən PURL mexanizmini işə salıb.

Müdafiə qanunu həmçinin Baltik Təhlükəsizlik Təşəbbüsünə icazə verir və Latviya, Litva və Estoniyanın müdafiəsini dəstəkləmək üçün 175 milyon dollar ayırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!