Tramp: Rusiya bu həftə atəşkəs təklifinə cavab verəcək

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Rusiya bu həftə atəşkəs təklifinə cavab verəcək

Dünya

17 Aprel 2025 22:31 323


ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən Ukraynada atəşkəs təklifinə cavabın bu həftə veriləcəyini bildirib.

“Biz bu həftə onlardan cavab alacağıq. Əslində çox tezliklə. Görək nə olacaq. Amma biz bunun bitməsini istəyirik. Ölüm və qətllərin dayanmasını istəyirik”, – deyə Tramp Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə keçirdiyi brifinqdə qeyd edib.

Tramp əlavə edib ki, ABŞ müharibənin dayandırılması üçün ciddi səylər göstərir: “Görək nə etmək olar. Mən düşünürəm ki, biz artıq sona yaxınlaşmışıq, amma bunu sizə tezliklə bildirəcəyik”. Toyuqlu pizza

İtaliya Baş naziri Corca Meloni də çıxışında Ukrayna məsələsinə toxunaraq deyib: “Biz birlikdə Ukraynanın azadlığını müdafiə edirik. Biz ədalətli və davamlı sülh qura bilərik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!