Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, habelə yekun razılaşmanın digər elementlərini müzakirə edir.
Yenisabah.az Sky News-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
Amerika lideri təfərrüatlara varmadan deyib: “Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Asan proses deyil". Sezar pizza
Tramp qeyd edib ki, Ukrayna tərəfinin NATO-ya qoşulma mövzusuna dair “cavabın nə olduğunu hamı bilir”.
O, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştlərinin müzakirə olunduğunu bildirib. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə, Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.
Telegram kanalımız