Tramp sələfinin orduya dair sərəncamını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp sələfinin orduya dair sərəncamını ləğv etdi

Dünya

28 Yanvar 2025 09:51 162


Donald Tramp COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən tərxis olunan hərbçilərin bərpası haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ prezidenti "hərbidə gender radikalizminə son qoymaq" və ABŞ Müdafiə Nazirliyinin müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını geri qaytarmaq üçün sərəncamlar imzalayıb. Sezar pizza

Tramp daha əvvəl, 2021-ci ildə keçmiş prezident Co Baydenin imzaladığı və transseksualların ABŞ Silahlı Qüvvələrində xidmət etməsinə icazə verən və Pentaqona hərbçiləri cinsi kimliyinə görə işdən çıxarmağı qadağan edən sərəncamı ləğv etmişdi. Bundan əlavə, ABŞ prezidenti yalnız 2 cinsi - kişi və qadını tanıyacağına dair sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!