Tramp Ukrayna hakimiyyətini nankorluqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ukrayna hakimiyyətini nankorluqda ittiham etdi

Dünya

23 Noyabr 2025 21:29 762


"ABŞ Ukraynaya ötürülməsi üçün NATO-ya silah satmağa davam edir, baxmayaraq ki, Kiyev Vaşinqtona bu səylərinə görə heç bir təşəkkür bildirməyib".

"Yeni Sabah" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"da bildirib.

"Ukrayna rəhbərliyi səylərimizə görə heç bir təşəkkür bildirməyib, Avropa isə Rusiyadan neft almağa davam edir", - o yazıb. Dominos pizza

Tramp həmçinin münaqişənin başlamasında 46-cı ABŞ prezident Co Baydeni günahlandırıb.

"Əgər 2020-ci il prezident seçkisi saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı", - deyə o vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!