“Rusiyanın nə gücü, nə də imkanı var ki, yenidən Kiyevə hücum həyata keçirsin".
Bunu "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, Rusiya ordusunun Ukraynaya gözlənilən yeni hücumu barədə məlumatları şərh edib. Pepperoni pizza
Xatırladaq ki, Qazaxıstan, Qırğızıstan və Azərbaycan səfirlikləri təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb. Bundan əvvəl Yunanıstan, İspaniya və İtaliyanın Kiyevdəki səfirlikləri Amerika diplomatik missiyasından nümunə götürərək müvəqqəti olaraq bağlanmışdı.
"İndi rus ordusunun Donetsk və Kursk istiqamətindəki bəzi irəliləyişləri bir çoxlarında ümid yaradıb ki, Rusiya yenidən Kiyevə hücum edə biləcək. Hansı ordu ilə? Şimali koreyalılarla? Bu qeyri-mümkündür! Rusiyanın irəliləyişləri müvəqqətidir", - deyə Ü. Cəfərov vurğulayıb.
O əlavə edib: "Aydın məsələdir ki, tərəflər arasında həm də informasiya müharibəsi gedir. Rusiya kanallarına baxanlar fikirləşir ki, artıq Ukrayna yoxdur. Ukrayna mediasına izləyənlər isə düşünür ki, Rusiya tam çöküb.
Doğrudur, Rusiyanın şəxsi heyət baxımından çətinlikləri, amma Ukrayna ordusu qarşısında müəyyən üstünlükləri var. Nəzərə alaq ki, müharibə müddəti 3 ilə yaxınlaşır və artıq 1002 gündür ki, amansız savam davam edir. Ancaq ortada hər hansı strateji nəticə yoxdur.
Kiyevdən diplomatik nümayəndəliklərinin bağlanması da Rusiyanın intensiv raket atəşləri ilə bağlı idi ki, diplomatik missiyanın nümayəndələri xəsarət almasın. Bu səfirliklərin bağlanması anlamına gəlmir”.
Ü. Cəfərov Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ və Rusiya arasında dünyanın yenidən nüfuz dairələrinə bölünməsi, o cümlədən işğal olunmuş Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin tanınması ehtimallarını da şərh edib:
Ekspertə belə bir sual ünvanlanıb: "Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Onun ərazisinin müəyyən hissəsi Rusiyanın rəsmi nəzarəti kimi tanınarsa, Azərbaycanın mövqeyi necə olacaq?"
“Türkiyə hansı mövqedədirsə, Azərbaycan da həmin mövqedədir. Türkiyənin yanaşması birmənalıdır. Hətta bu gün Rusiyanın öz ərazisi hesab etdiyi Krım Ukrayna ərazisidir və Kiyevə qaytarılmalıdır. Bu nə Trampın, nə də başqa birinin istəyi ilə həll olunan məsələ deyil. Ona qalsa, dünyada böyük xaos yaranar.
Rusiya çox şey deyə, çox şey istəyə bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və sabah həmin ərazilər Rusiyaya keçərsə, yenə də öz qəti mövqeyimizdə qalacağıq. Düşünmürəm ki, Azərbaycan Ukrayna ilə münasibətlərinə xələl gətirsin. Sual verə bilərsiniz ki, axı Rusiya müttəfiqimizdir? Qoy deyim, o müttəfiqliyə bir neçə ildən sonra yenidən baxmaq lazım olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız