Tramp Ukraynaya dair yeni planı təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ukraynaya dair yeni planı təsdiqlədi

Dünya

20 Noyabr 2025 11:34 495


Bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni sülh planını təsdiqləyib.

"Yeni Sabah" NBC News-a istinadla xəbər verir ki, 28 bənddən ibarət planın hazırlanmasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ vitse-prezidenti Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner iştirak edib.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, eləcə də Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparıblar. pizza sifarişi

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi planın məzmunu ilə bağlı əlavə şərh verməkdən imtina edib. Avropa rəsmisi isə bildirib ki, Kiyev sülh planının hazırlanmasında iştirak etmir və Ukrayna yalnız onun ümumi konturları ilə bağlı məlumatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!