Tramp Ukraynaya silah satışına rüsxət verdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ukraynaya silah satışına rüsxət verdi

Dünya

01 May 2025 13:25 384


ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə Ukraynaya azı 50 milyon dollar dəyərində silah satmağa razılaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kyiv Post”a diplomatik dairələrdəki mənbələr danışıb.

Aprelin 30-da Tramp administrasiyasının 50 milyon dollar və ya daha çox qiymətə birbaşa kommersiya satışları vasitəsilə Ukraynaya hərbi malların ixracını təsdiqləmək niyyəti Konqresə çatdırılıb. Hesabat Silah İxracına Nəzarət Qanununa əsasən təqdim edilib. Marqarita pizza

Söhbət hərbi malların, o cümlədən texniki göstəricilərin və bəzi xidmətlərin satışından gedir.

Bu, Trampın ikinci müddətində ilk belə addımdır.

2015-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində ABŞ Ukraynaya 1,6 milyard dollar dəyərində mal və xidmətlərin ixracına icazə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!