Tramp və Mask yalandan mübahisə edib - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Mask yalandan mübahisə edib - İDDİA

Dünya

08 İyun 2025 16:32 307


ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask Ukraynanı "Starlink" süni peyk sistemindən ayırmaq üçün yalandan mübahisə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə" Strategic Culture" nəşri yazır.

Məqalə müəllifləri bildiriblər ki, Ağ Evlə əlaqələrin kəsilməsi Maska Ukraynanın "Starlink"dən istifadə etməsini dayandırmağa imkan verir. pizza mizza

Bildirilir ki, Tramp bu yolla Ukrayna Prezidenti Volodimir Zelenskini sülh razılaşmalarına sövq etməyə çalışa bilər.

Qeyd edək ki, Trampla Mask arasında münaqişə bu həftə baş verib. İyunun 3-də "Tesla"nin təsisçisi ölkə liderinin federal xərclərin azaldılması ilə bağlı qanun layihəsini tənqid edib.

Bir neçə gün sonra Tramp Maskdan məyus olduğunu deyərək tənqidlərlə çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!