Tramp və Putinin niyə Alyaskada görüşəcəyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Putinin niyə Alyaskada görüşəcəyi məlum oldu

Siyasət

09 Avqust 2025 21:29 551


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ABŞ ərazisində görüşəcək, çünki orada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyası tətbiq edilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Qeyd olunub ki, Putin danışıqların Birləşmiş Ərəb Əmirliklərində baş tuta biləcəyini bildirib. İki liderin İtaliyada görüşünün mümkünlüyü isə Rusiya liderinin orada BCM-in orderi əsasında həbs oluna biləcəyinə görə rədd edilib. Toyuqlu pizza

ABŞ beynəlxalq məhkəmənin tərəfi deyil, ona görə də Alyaska ştatındakı görüş bu problemdən qaçmağa imkan verir. Görüşün yeri kimi Alyaskanın seçilməsi həm də bu ştatın Rusiyaya yaxınlığı ilə izah olunur.

Xatırladaq ki, avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!