Tramp və Zelenski arasında telefon danışığı baş tutdu

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Zelenski arasında telefon danışığı baş tutdu

Siyasət

12 Fevral 2025 22:31 233


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna prezidentinin məsləhətçisi Dmitri Litvinə istinadən məlumat yayıb.

Litvinin sözlərinə görə, Ukrayna və Amerika liderləri arasında danışıqlar təxminən saat 19:40-da başa çatıb. Onun sözlərinə görə, siyasətçilər təxminən bir saat danışıblar. Dördpendirli pizza

Qeyd edək ki, daha əvvəl Tramp Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verərək “dərhal danışıqlara başlamaq” niyyətində olduğunu vurğulamışdı. Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə “indi” zəng edəcəyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!