Tramp yenidən aktiv siyasətə qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Tramp yenidən aktiv siyasətə qayıdır

Dünya

16 Fevral 2021 12:42 701


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin siyasi həyatında iştirakını bərpa etmək niyyətindədir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb.

Qeyd edilib ki, Tramp yenidən mətbuatla işləmək, müsahibələr verməyə hazırlaşır. Toyuqlu pizza

"O, prezidentlikdən sonra öz gücünü bərpa etməyin yollarını axtarır. Trampın dostları və müttəfiqləri bir neçə həftəlik sükutdan sonra onun yenidən yaxın KİV-lərə müsahibələr verəcəyini gözləyirlər", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Tramp siyasi məsləhətçilərlə respublikaçıların 2022-ci ildə keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməyə kömək göstərmək imkanlarını müzakirə edib.

Trampın köməkçisi Ceyson Miller isə deyib ki, önümüzdəki günlərdə onun haqqında daha çox şey eşidəcəksiniz.

Ötən şənbə Trampla danışan nüfuzlu ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı) keçmiş prezidentin Respublikaçılar partiyasını yenidən qurmağa hazır olduğunu diqqətə çatdırmışdı. (Azvision.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!