Tramp yenidən İranı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp yenidən İranı hədələdi

Dünya

22 İyul 2025 09:10 354


ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, Vaşinqtonun İranın nüvə infrastrukturuna yenidən zərbə endirəcəyini deyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

İranın xarici işlər naziri Abbas Əraqçinin əvvəlki zərbələrin vurduğu ciddi ziyanla bağlı açıqlamasına münasibət bildirən Tramp vurğulayıb ki, ABŞ lazım bildiyi təqdirdə hərəkətləri təkrarlamağa hazırdır. pizza sifarişi

İyulun 22-də Əraqçi bildirib ki, ABŞ-nin hücumlarından sonra ölkədə uranın zənginləşdirilməsi dayandırılıb. O, nüvə obyektlərinə dəymiş ziyanın əhəmiyyətli olduğunu etiraf edib, lakin İranın nüvə proqramından əl çəkmək niyyətində olmadığını vurğulayıb.

Həmin gün İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri gələcəkdə Vaşinqtonla birbaşa və bərabərhüquqlu danışıqların aparılmasının mümkünlüyünü istisna etməyib./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!