Tramp Zelenskini sənədləri dərhal imzalamağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Zelenskini sənədləri dərhal imzalamağa çağırdı

Dünya

25 Aprel 2025 23:56 373


"Ukrayna ilə ABŞ arasında resurslarla bağlı razılaşmanı təsbit edən sənədlər dərhal imzalanmalıdır".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Ukrayna Zelenskinin rəhbərliyi altında ABŞ ilə nadir metallara dair çox mühüm sövdələşmə üzrə yekun sənədləri imzalamayıb. Ən azı üç həftə gecikmə var. Ümid edirəm ki, o, dərhal imzalanacaq", - deyə o bildirib. Dominos pizza

Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında ümumi sülh sazişi üzərində iş rəvan gedir, uğur uzaqda deyil. D.Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun aprelin 25-də Kremldə Rusiya Prezidenti Vladimi Putinlə yaxşı görüş keçirdiyini də diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!