Mənim təklifim Rusiya və Ukraynanın cəbhə xəttində mövcud mövqeləri saxlamaqdır.
Yenisabah.az reuters-ə istinadla xəbər verir ki, bunu prezident təyyarəsi olan "Air Force One"-da söhbət zamanı Tramp bildirib.
"İnanırıq ki, onlar sadəcə olduqları yerdə, cəbhə xəttində dayanmalıdırlar. Donbas bölünüb. Məncə, ərazinin 78%-i artıq işğal olunub". pizza
“Washington Post” qəzeti Trampla Putinin son söhbətindən xəbərdar olan mənbələrə istinadən yazıb ki, Rusiya prezidenti Donetsk vilayətinin qalan hissəsini Rusiyanın nəzarətinə verilməkdə israrlıdır. "Financial Times" yazıb ki, Tramp Zelenskini Rusiyanın təklifləri ilə razılaşmağa çağırıb.
Telegram kanalımız