Sahibliyi və nəzarəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən "mütləq zərurət" olaraq xarakterizə edilən Qrenlandiya Muxtar Administrasiyasının Baş naziri Mute Bourup Egede Amerika liderinə sərt cavab verib.
Yenisabah.az xəbər verir ki, ABŞ- ın 47-ci prezidenti seçilən Donald Tramp Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olması lazım olduğunu dilə gətirib. Qrenlandiya Muxtar Administrasiyasının baş naziri Mute Egede Trampa cavabında deyib:
“Qrenlandiya bizimdir. Biz satışda deyilik və heç vaxt satılmayacağıq. Biz azadlığımız üçün uzun sürən mübarizəmizi itirməməliyik”. pizza sifarişi
Tramp və Egedenin açıqlamalarından sonra Danimarka hökuməti hələlik açıqlama verməyib.
Qeyd edək ki, Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də bu ölkədən asılıdır.
Aytac Şahin
Telegram kanalımız