ABŞ-da “Saturday Night Live” televiziya proqramına qatılan tanınmış komediya aktyoru Kris Rok koronavirusa yoluxan Prezident Donald Trampa qarğış edib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, o, efirdə "Qəlbim səninlədir, COVİD. Trampa upuzun sağalma dövrü arzulayıram" ifadələrini işlədib.
Açılış üçün səhnəyə çıxan Rokun Prezident barədə dediyi sözlərə tamaşaçılar gülüş və alqışlarla cavab verib. Pepperoni pizza
Onun sözləri mətbuatda müzakirələrə səbəb olub. Aktyor D.Trampa sağalma müddətinin uzanmasını arzulayıb:
“Trampdan açıq şəkildə nifrət edən bəzi insanların ona “Tez sağalın" dediyini görmək çox qəribədir. Əlbəttə ki, prezidentin ölməyini istəmirəm. Amma deyim ki, ona çox uzun sağalma müddəti arzulayıram".
Telegram kanalımız