Trampdan ŞOK qərar:  Seçkini saxtalaşdıranlar...

saytların hazırlanması

Evə çatdırılma

Trampdan ŞOK qərar:  Seçkini saxtalaşdıranlar...

Dünya

31 Avqust 2025 08:24 354


ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısının alınması üçün bir sıra tədbirləri nəzərdə tutan fərman imzalamaq niyyətindədir.

“Yeni Sabah” xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında məlumat verib. "Hər seçkidə seçici vəsiqələri olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacağam! Ağır xəstələr və ya uzaq məsafədə olan hərbi qulluqçular istisna olmaqla, poçtla səsvermə yoxdur. Yalnız kağız bülletenlər", - deyə Tramp qeyd edib.

Vaşinqton administrasiyasının rəhbəri ABŞ seçki sistemində islahatlar aparmaq və poçt vasitəsilə səsvermədən imtina etmək niyyətində olduğunu bildirib. O, bu metodun saxtakarlığa qarşı həssas olduğunu dəfələrlə vurğulayıb. Tramp ABŞ-ın bir sıra ştatlarında müxtəlif səviyyələrdə keçirilən seçkilərdə seçicilərin seçki məntəqələrində praktiki olaraq sənədlərinin yoxlanılmamasına diqqət çəkib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!