Trampdan “TikTok“la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı“

saytların hazırlanması

Evə çatdırılma

Trampdan “TikTok“la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı“

Dünya

01 Aprel 2025 08:09 258


Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq. Dördpendirli pizza

"Bizim çoxlu potensial alıcılarımız var. "TikTok"a böyük maraq var", - dövlət başçısı əlavə edib.

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də "ByteDance"dan "TikTok"un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!