“Trampı cinayət məsuliyyətinə cəlb edəcəklər“   - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Trampı cinayət məsuliyyətinə cəlb edəcəklər“ - Proqnoz

Dünya

09 Yanvar 2021 12:48 739


“Donald Tramp dirənişini davam etdirir. Trampın öz tərəfdarlarını Konqres binası ətrafına toplaması onun Amerika siyasi sisteminə vurduğu böyük zərbə idi. Konqresə hücum sonuncu dəfə 1814-cü ildə qeydə alınıb, yanğın baş verib, ancaq o zaman Amerika Böyük Britaniya ilə müharibə aparırdı, yəni 200 ildən çoxdur Amerikada oxşar toqquşma qeydə alınmayıb”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elkan Şahinoğlu deyib. Politoloq bildirib ki. Tramp Amerika siyasi sistemində daha bir “ənənin” başlanğıcını qoyacaq:

“O yanvarın 20-də Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq. Bununla Tramp Baydenin saxta yolla prezident seçildiyinə işarə edəcək. Yəni gedən prezident gələn prezidentin legitimliyini tanımır. Bu da Amerika üçün “yenilikdir”. pizza sifarişi

Donald Trampa prezident seçkisi zamanı təxminən 75 milyon amerikalı səs verib, onun da təxminən yarısı radikal meyllidir. Bu, o deməkdir ki, əgər Tramp Ağ Evi tərk etdikdən sonra yeni bir siyasi cərəyana başçılıq etsə, 20-30 milyonluq amerikalını arxasınca aparacaq. Ancaq bundan əvvəl Konqresdəki toqquşmaya görə Trampı cinayət məsuliyyətinə cəlb edəcəklər. Ancaq bunun özü Trampın ardıcıllarının sayını artıracaq. Yeni prezident üçün də bu yaxşı başlanğıc deyil, Konqresə hücum zamanı 5 nəfər öldü. Bu da unudulmayacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!